YUBİLEY.AZ

AQC üzvləri Vüqar Orucu təbrik edir.

Hörmətli Vüqar müəllim,
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, tükənməz enerji və şəxsi həyatınızda bol firavanlıq arzulayırıq!
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri kimi ölkəmizdə qiymətləndirmə sahəsinin inkişafı, peşəkar standartların formalaşması və beynəlxalq təcrübənin tətbiqi istiqamətindəki fəaliyyətiniz hər zaman yüksək qiymətləndirilir. Təşkilatçılıq bacarığınız, prinsipial mövqeyiniz və sahəyə verdiyiniz töhfələr cəmiyyət üzvləri və işgüzar mühit tərəfindən böyük rəğbətlə qarşılanır.
Gələcək fəaliyyətinizdə yeni-yeni peşəkar uğurlar, rəhbərlik etdiyiniz layihələrdə və təşəbbüslərdə davamlı nailiyyətlər arzu edirik.
Doğum gününüz mübarək olsun!

Hörmətlə Elnur Fərzəliyev

TƏBRİK EDİRİK

Hər kəsi adgunu.az saytı adından təbrik edirik