Quliyev Ülvi Zahid oğlu Yasamal rayon 15 saylı seçki dairəsindən Millət vəkili seçilib. Bu gün Millət vəkilimizin doğum günüdür. Gəlin Millət vəkilimizi birazda yaxından tanıyaq. Ülvi müəllim 1966-cı il sentyabrın 17-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Əczaçılıq fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Əməkdar bədən tərbiyəsi və idman xadimidir. Əməkdar məşqçi, əməkdar idman ustasıdır. Karate idman növü üzrə Avropa və dünya çempionudur. Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir. Rus və ingilis dillərini bilir. 1988-ci ildən aptekdə provizor, baş provizor, aptek müdiri işləmişdir. 2002-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin şöbə rəisi, 2005-ci ildə «Gömrükçü» İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini vəzifələrində çalışmışdır. Bitərəfdir. Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan–Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belçika, Çexiya, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin, MDB-nin Parlamentlərarası Assambleyasında və Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür. Evlidir, 2 övladı var. Bu gün Ülvi Quliyevin 58 yaşı tamam olur.
Hörmətli Millət Vəkilini onun yaxın dostu olan xeyriyyəçi iş adamı Cəlal Qurbanovda təbrik edir, Ülvi müəllimə ən xoş arzu və diləklərini bildirir.
adgunu.az kollektividə həmçinin Ülvi müəllimi dogum günü münasibəti ilə ürəkdən təbrik edir, ona yeni yaşında bol-bol uğurlar, sağlam həyat və yeni yüksəlişlər arzu edir.
Hörmətlə : Elnur Fərzəliyev
