Bu gün Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Zabir oğlu Usubovun doğum günüdür.
O, 1960-ci il 26 may tarixində Mingəçevir şəhərində dünyaya gəlib. İxtisasca elektrik mühəndisi və iqtisadçıdır. Onlarla səmərələşdirici və elmi təklifin müəllifidir. Əmək fəaliyyətinə Şəkidə başlayıb, sonralar biznes fəaliyyəti ilə məşğul olub.
2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərib. 2011-ci il may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
adgunu.az olaraq, Elxan Usubovu təbrik edirik.
Ad gününüz mübarək!









