Bu gün gözəllər gözəli, dünyanın ən şirin varlığı, hər kəsin sevimlisi balaca Səadətin 1 yaşı tamam olur. Səadət xanımı ad günü münasibətilə təbrik edirik, ona yeni yaşında bol-bol sevincli günlər arzu edirik. Yeni yaşın mübarək olsun gözəl qızım.

Balaca Səadətə doğmalarından qucaq dolusu təbriklər.
Səsin, gözlərin, gülüşün, qoxun sənə aid hər şey çox dəyərlidir. Səni çox sevirəm, ad günün mübarək. Bacın Sədaqət.
Sevgini dünyadakı heç nə ilə müqayisə edə bilmirəm. O qədər böyükdür ki, sənə olan sevgim, həyatımın mərkəzi sənsən. Sən dünyaya gəldikdən sonra həyatım səninlə daha çox məna kəsb etməyə başladı. Əziz qızım, ad günün mübarək. Sağlam, xoşbəxt və hüzurlu illərin bol olsun. Anan Aytəkin.
Aldığım hər nəfəsdə, atdığım hər addımda səni düşünürəm. Doğum günün mübarək, əziz qızım. Atan Babək.
Evimizin tək sevinc mənbəyi olan qızımız, anan və atan olaraq ad gününü təbrik edirik.
Əziz bacım ad günün mübarək! Sən mənim həyatıma sevinc, sevgi və məna gətirdin. Sənin yüksəlişini və nailiyyətlərini görmək məni qürurlandırır. Mən həmişə sənin arxa dayağın, dəstəkçin olacağam. Qardaşın Həsən.

Leyla və Natavan bacılarında təbriklərə qoşularaq səni təbrik edirlər.
