Uzun iillərdir ki ölkənin media sahəsində çalışan peşəkar jurnalist, mətbuat sahəsində öz imzası ilə tanınan, mükəmməl qələm sahibi, HİT.az saytının təsisçisi və baş redaktoru Gülnarə Məmmədova bu gün doğum gününü qeyd edir. Gülnarə Əmir qızı Məmmədova həmçinin “Tərəqqi” medalına layiq görülüb.
O, artıq 21 ildirki, media sahəsində çalışır. Jurnalist fəaliyyətinə “Bizim əsr” qəzetində başlayıb. 2003-cü ildən “Bizim Yol” qəzeti ilə ştatdankənar əməkdaşlıq edib, 2007-ci illərdə isə qəzetin daimi əməkdaşlığına keçib.
Fəaliyyəti dövründə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun, eləcə də, ayrı-ayrı dövlət qurumlarının və özəl şirkətlərin keçirdiyi yazı müsabiqələrində fəal iştirak edib, qalib və həvəsləndirici mükafatlara layiq görülüb. Yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların xəttilə keçirilən çoxsaylı təlim və trenniqlərdə sertifikatlar qazanıb. Türkiyə, Misir, Gürcüstan və Ukraynada yaradıcılıq ezamiyyətlərində olub.
Azərbaycanda keçirilən beynəlxalq idman yarışlarının, sərgilərin və konfransların işıqlandırılmasında fəal iştirak edib. Xüsusilə, müxtəlif illərdə siyasət, biznes, idman, turizm və mədəniyyət sahələrinə dair xəbərlər və yazılar hazırlayıb. adgunu.az kollektivi Gülnarə xanımı doğum günü münasibəti ilə təbrik edir, ona yeni yaşında bol-bol uğurlar, sağlam həyat və yeni karyera yüksəlişi arzu edir.
Hörmətlə : Elnur Fərzəliyev
