Bu gün Hüseynzadə Yeganə Elxan qızının ad günüdür. Adgunu.az kollektivi Yeganə xanımı ad günü münasibətilə təbrik edir, ona yeni yaşında bol-bol uğurlar, sağlam həyat və yeni karyera yüksəlişi arzu edir. Təbriklərə həmcinin Yeganə xanımın anası tanınmış şairə -xanəndə Ziba Sevindik Hüseynova da qoşularaq qızına gözəl bir şeer həsr edib.
ÇATASAN YÜZ YAŞINA
Qızılgültək ətirli,
Təzə-tər, çiçək qızım.
Gözəllərdən gözəlsən,
Camalı mələk qızım.
Sən ömrümə naxışsan,
Gül-çiçək çələngisən.
Həyatımın bəzəyi,
Al geyinmiş rəngisən.
Sən adıntək, özün də,
Dünyada yeganəsən.
Gözəllikdən yox tayın,
Gözümdə bir dənəsən.
Seçilirsən həmişə,
Boy-buxunda, biçimdə.
Çox şirin görünürsən,
Gözəl qızlar içində .
Gülüşün nə gözəldir,
Gül, sənə qurban olum.
Güldür məni ürəkdən,
Gəl, sənə qurban olum.
Tez gəl, öpüm üzündən,
Ürəyim aram olsun.
Könlüm sənə qovuşsun,
Həsrət mənə ram olsun!
Xətrinə çox dəydilər,
Qəlbini ağlatdılar.
Sənə ,,gəlmə”, dedilər.
Yolunu bağlatdılar.
Gözlərimdən uzaqda,
Dörd ilin belə bitdi.
Qürbət elə gedəndə,
Sevincim sənlə getdi.
Yad edirsən hər zaman,
Ağlayırsan atanı.
Unutmursan, ay qızım,
Əllərindən tutanı.
Eyni gündə doğuldun,
Şair Səməd Vurğunla.
Mübariz Mənsimovla,
Qeyrətli, ər oğlumla.
Muradına yetəsən,
Görüm, hər istək-arzun.
Sevincinə şərikəm,
Qoy ömrün olsun uzun.
Bu şeirimi duz kimi,
Gəl, çevirim başına.
Bədnəzərdən uzaq ol,
Çatasan yüz yaşına !
22.03.2021
Ziba Sevindik Hüseynova.