Bu gün Azərbaycan Respublikasının əməkdar artisti, muğam ifaçısı Babək Niftəliyev ad gününü qeyd edir.
Niftəliyev Babək Muğan oğlu 29 may 1985-ci ildə Kəlbəcərdə anadan olub. Kəlbəcərdən çıxanda 8 yaşı olub. Gəncədə 5 nömrəli musiqi məktəbində Sərdar Bağırovdan musiqi təhsili alıb. Bakıda 6 saylı musiqi məktəbində isə Məmmədbağır Bağırzadə müəllimi olub.
Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda (indiki Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci) da Canəli Əkbərov ona dərs deyib.
Ailəlidir, 3 övladı var.
adgunu.az olaraq, Babək Niftəliyevi təbrik edirik.
Ad gününüz mübarək!









